Sənaye nümunəsi nədir?

Sənaye nümunəsi məmulatın yeni zahiri görkəmini müəyyən edən bədii və ya bədii-konstruktiv həlldir. Məmulatın zahiri görkəmini müəyyən edən bədii-konstruktiv həllər sənaye nümunəsi obyektləri sayılır. Sənaye nümünəsi şəkil və ya model, yaxud onların birliyindən ibarət ola bilər.
Məmulat dedikdə, istənilən sənaye və ya kustar-sənət istehsalatı məmulatı, xüsusilə qablaşdırma, etiket, emblem, şrift, quraşdırma məmulat, məmulatlar dəsti (komplekti), məmulatın tərkib hissələri məmulatın müstəqil hissəsi, başa düşülür.
Sənaye nümunəsini qeydiyyatdan keçirməklə, nümunənin xarici görünüşünün rəqib tərəfindən götürülməkdən və ya təqlid etməkdən qorumaq mümkündür. Bu hüquqi müdafiə forması məhsulların dizaynı ilə məşğul olan müəssisələr üçün vacibdir, çünki bu, onlara unikal dizaynlarından gəlir əldə etməyə imkan verir.
Sənaye nümunəsinin qeydiyyatı prosesi dövlət orqanına ərizə verilməsini nəzərdə tutur. Bu ərizəyə nümunənin unikallığını göstərən rəsmlər, fotoşəkillər və/və ya digər sübut formaları daxil edilməlidir.
Azərbaycan Respublikasında sənaye nümunəsi üçün patentin qüvvədə olma müddəti iddia sənədinin Əqli Mülkiyyət Agentliyinə verildiyi gündən etibarən 10 il müəyyənləşdirilmişdir. Patentin qüvvədə olma müddəti patent sahibinin vəsatəti əsasında  5 ildən artıq olmamaq şərti ilə uzadıla bilər.
 
 
 
Onlayn chat
X