Sənaye nümünəsi barəsində iddia sənədinə nələr daxildir?

-müəllif (müəlliflər) və adına patent verilməsi xahiş edilən hüquqi və ya fiziki şəxs (şəxslər), həmçinin onların yerləşdiyi və ya yaşadığı yer göstərilməklə patent verilməsi barədə ərizə
-məmulatın zahiri görkəmi barədə müfəssəl təsəvvür yaradan fotoşəkil dəsti, maket və ya rəsm
-sənaye nümunəsinin mahiyyətini açıqlamaq zəruri olduqda məmulatın ümumi görkəminin çertyojları, erqonomik sxemi, konfeksiya xəritəsi
-sənaye nümunəsinin mühüm əlamətlərini əks etdirən təsviri
-sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı müəllif müqaviləsi və xidməti tapşırıq müqaviləsi (sənaye nümunəsi xidməti tapşırıq əsasında yardıldıqda)


İddiaçı bir neçə fiziki şəxs olduqda, ərizə onların hər biri və ya səlahiyyətli nümayəndəsi, yaxud onların birlikdə müəyyən etdikləri səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır.
Ərizəyə qoşulan iddia sənədi bir sənaye nümunəsinə, yaxud öz aralarında vəhdət təşkil edən bir qrup sənaye nümunəsinə aid edilməlidir.
Ərizə Azərbaycan dilində tərtib olunmalıdır. İddia sənədinin digər materialları  Azərbaycan dilində  və  ya başqa dildə  verilə  bilər.

Sənaye nümunəsinə dair patentin sahibi kim ola bilər?

-sənaye nümunəsinin müəllifinə (müəlliflərinə) və ya onun (onların) varisinə
-patent verilməsi barədə iddia sənədində, yaxud  sənaye nümunəsi qeydiyyata alınana qədər səlahiyyətli dövlət orqanına  verilmiş ərizədə müəllifin (müəlliflərin) və  ya onun (onların) hüquqi varislərinin göstərdikləri hüquqi və ya fiziki şəxslərə (onların razılığı ilə)
-“Patent haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində nəzərdə tutulan hallarda işəgötürənə.
Onlayn chat
X