Haqqımızda

Biz “Azstandart servis” MMC-ni Azərbaycanda fəaliyyət göstərən qida və qeyri-qida müəssisələrinin keyfiyyət və rentabelliliyin artırılması məqsədilə təsis etmişik. Strategiyamız, xidmət göstərdiyimiz biznes subyektlərinin daxili və xarici bazarda rəqabətə dözümlülüyünün artırılmasıdır. Prioritetimiz, tərəfdaşlarımızın minimal xərclərlə hədəfə çatmasıdır.

Biz qida və qeyri-qida sektorunun aparıcı şirkətləri ilə güclü tərəfdaşlıq qurmuşuq ki, bu da bizə müştərilərimizə onların ehtiyacları üçün ən yaxşı həll yollarını təklif etməyə imkan verir. Tərəfdaşlarımız arasında Azərsun Holdinq, Veysəloğlu, Sumqayıt Texnologiyalar Parkı və Proneo kimi şirkətlər var.

Bizim yanaşmamız müştərilərimizin xüsusi ehtiyaclarına uyğunlaşdırılmışdır ki, bu da bizə keyfiyyət təminatı xidmətlərinin aparıcı təchizatlarından biri olmağa kömək etmişdir. Bütün fəaliyyətlərimizi Azərbaycan respublikasının qanunları çərçivəsində beynəlxalq standartlara uyğun yüksək peşəkar əməkdaşlarımızla və sektorda öncül tərəfdaşlarımızla həyata keçiririk.

about-us-img

Təqdim etdiyimiz xidmət sahələrində 20-ildən artıq təcrubəmiz vardır.

ISO 9001, ISO 22000, ISO 170025, ISO 14001 və ISO 45001 Beynəlxalq sertifikatlarının alınması xidmətlərini gostəririk.

Biz STP (Sumqayıt Texnologiyalar Parkı) , Azersun, Veysəloğlu, Avrora, Atena, Az-Granata kimi şirkətlərlə əməkdaşlıq etmişik.

Əmtəə nişanları və coğrafi gostəricilərin qeydiyyatı, Sənaye numunələrinin qeydiyyatı, Faydalı model və İxtiraya patent alınması təklif etdiyimiz patentləşdirmə xidmətlərimizdir.
Onlayn chat
X